“Qarabağ”da ayrılıq yaşandı - FOTO

“Qarabağ”da ayrılıq yaşandı - FOTO
Kateqoriya məlum deyil
T

“Qarabağ” futbol akademiyasında baş məşqçi ayrılığı gerçəkləşib.

 

Sfera.az xəbər verir ki, “atlılar”ın U-15 komandasının baş məşqçisi Rakif Əliyev işindən ayrılıb. O, feysbuk hesabında öz istəyi ilə klubu tərk etdiyini bildirib:

 

“Bu gün öz istəyimlə “Qarabağ” akademiyasından ayrıldım. Komandamla ölkə çempionu və Türkiyədə beynəlxalq turnirdə çempion olduq. Bunun üçün çox şadam. Bu gün də komandamı 1-ci pillədə təhvil verdiyim üçün bütün futbolçularıma “çox sağ ol” deyirəm”.

 

“Qarabağ” U-15 Liqada keçirdiyi 16 oyundan sonra 45 xalla liderdir.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR