Afrika Millətlər Kuboku matçından sonra 6 azarkeş ölüb

Afrika Millətlər Kuboku matçından sonra 6 azarkeş ölüb

2023-cü il Afrika Millətlər Kuboku Afrikada davam edir. Kubok yarışları artıq faciəyə və 6 nəfərin ölümünə səbəb olub.

Sfera.az bildirir ki, Qvineya futbol komandası Afrika Millətlər Kuboku matçlarından birində qələbə qazandıqdan sonra insanlar bayram etmək üçün küçələrə axışıb. Bu isə fanatların ölümü ilə nəticələnən faciəyə səbəb olub.


Yanvarın 19-da cümə günü keçirilən qrup ikinci oyununda Qvineya Qambiyanı 1:0 hesabı ilə məğlub edib. Bütün ölkədə başlayan kütləvi şənliklər faciəyə səbəb oluv. Azarkeşlər Konakr şəhərinin yollarına çıxaraq avtomobil və motosikletlərdə bayram keçiriblər. İlkin məlumatlara görə altı nəfər ölüb.
 

"Azarkeşlərimizin və ictimaiyyətin qələbəni çox diqqətli şəkildə qeyd etməsi vacibdir. Onlar özlərini təhlükəyə atmamaq üçün diqqətli olmalıdırlar. Futbolun məqsədi sevinc gətirməkdir, ailələri darmadağın etmək deyil. Ölüm, matəm etmək istəmirik. Buna görə də hər kəsi qələbə qeyd edərkən, həm də özlərinə heç bir şey olmasın deyə öz qayğılarına qalmağ çağırırıq. Qvineya insanların futbola çox ehtiraslı olduğu bir ölkədir və insanlar qələbəni heç bir yerdə hiss edilməyəcək şəkildə çılğınlıqla yaşayırlar”-deyə yerli futbol federasiyasının meneceri Amadou Makadji deyib.


Həmin gecə yüksək sürətlə hərəkət edən iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb. Digər qəzalarda daha bir neçə nəfər ölüb, onlarla insan yaralanıb. Avtomobillərin kapotu azarkeşlərlə dolu vəziyyətdə küçələrə axışıblar.
 

Millətlər Kubokunda iştirak edən 42 yaşlı oyunçu da Qvineya xalqına müraciət edib. O bildirib ki, komandanın növbəti matçlar üçün planları var, lakin bu insident onları bir qədər geri çəkməyə məcbur edib. Məhz buna görə də futbolçular bunun dayandırılmasını istəyirlər. Futbolçular faciənin bir daha təkrarlanmaması üçün azarkeşləri sakit olmağa çağırıblar.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...