""Liverpul" bu mövsüm çempion ola bilməyəcək" - Merson

"Liverpul" bu mövsüm liqa çempionluğunu qazanmayacaq".


Sfera.az bildirir ki, bunu “Arsenal"ın keçmiş futbolçusu Pol Merson deyib.


Onun sözlərinə görə, "Siti", "Liverpul" və "Arsenal" arasındakı fərq “Siti”nin ardıcıl 10 qələbə qazana biləcək gücdə olmasıdır:


"Liverpul" və "Arsenal" belə bir seriyaya nail olsalar, bu, böyük hadisə olacaq. "Liverpul" üçün titul uğrunda mübarizə bir həftəyə başa çata bilər. Bu klub çempionluq yarışında favorit deyil".


Qeyd edək ki, mersisaydlılar (Liverpul) 48 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. Mançester Siti 43 xalla ikinci yerdədir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR