Ronaldo Messinin qazandığı mükafatlardan danışdı: Onlara inanmıram…

Ronaldo Messinin qazandığı mükafatlardan danışdı: Onlara inanmıram…

“Əl Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Rekord” nəşrinə maraqlı açıqlama verib.

 

Sfera.az xəbər verir ki, argentinalı Lionel Messinin FİFA-nın “Qızıl top” və “The Best” mükafatını qazanması haqqında danışıb:

 

“Mən artıq bu təşkilatların işinə öyrəşmişəm. Düzünü desəm, mükafatlandırma mərasiminə baxmamışam. Hesab edirəm ki, bu mükafatlar (red – “Qızıl top” və “The Best”i nəzərdə tutur) öz etibarını itirir. Bu o demək deyil ki, Messi, Haaland və hətta Mbappe onlara layiq deyil. Amma mən artıq bu mükafatlara inanmıram. Bu, “Globe Soccer Awards” mükafatına bənzəmir. Sadəcə faktlar və rəqəmlər var. Rəqəmlər yalan deyil. Bunu məndən ala bilməzlər, çünki bu, reallıqdır. Məni xoşbəxt edən də elə budur. Çünki rəqəmlər faktdır”.

 

Ronaldonun özü bu yaxınlarda “Globe Soccer Awards”da Yaxın Şərqdə ilin ən yaxşı oyunçusu, ən yaxşı bombardiri və azarkeşlərin sevimli futbolçusu seçilib. Haaland isə ən yaxşı oyunçu nominasiyasında qalib olub.


OXŞAR XƏBƏRLƏR

Hakan Fidan Fransa və ABŞ rəsmiləri ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan Noel Baron ilə telefon danışı...

ADY Qurban bayramı günlərində Qəbələyə əlavə reyslər təyin etdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.   Sfera.az bu barədə sə...

Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI/FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib.   Sfera.az "unikal.az"a ...

Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötü...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni DETALLAR - Bir gün əvvəl...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.   Sfera.az “Bakupost.az”a...

Pakistan elan etdi: 51 ölü, 121 yaralı

Pakistan Silahlı Qüvvələri bəyan edib ki, nəzarət xəttində baş verən döyüş əməliyyatları nəticəsində 40 mülki şəxs və 11 hərbçi həlak olub. Daha 121 nəfər isə y...