"Beşiktaş" böyük hesabla uduzdu

Futbol üzrə Türkiyə Superliqasında XXI turun növbəti oyunları keçirilib.

 

Sfera.az xəbər verir ki, səfərdə “Pendikspor”un qonağı olan “Beşiktaş” 0:4 hesabı ilə uduzub. Meydan sahiblərinin heyətində qollardan ikisini "Fənərbağça"dan icarəyə götürülən Umut Nayir vurub.

 

Digər matçlarda "Kasımpaşa" "Hatayspor"a 3:0, "Alanyaspor" "Rizespor"a 2:1 hesabı ilə qalib gəlib, "Fatih Karagümrük" "Başakşehir"lə, "Adana Demirspor" isə "Ankaragücü" heç-heçə edib - 1:1.

 

Turun digər görüşləri yanvarın 21-22-də keçiriləcək.

 

Qeyd edək ki, turnir cədvəlinə 53 xalla "Fənərbağça" başçılıq edir. Liderdən iki xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 35 xalla dördüncü pillədə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR

Şərurlu İsfəndiyar məhkəməyə gəldi

Tikinti sektorunda Şərurlu İsfəndiyar kimi tanınan iş adamı, "Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov məhkəməyə gəlib.   Sfera.az xəbər v...

Hakan Fidan Fransa və ABŞ rəsmiləri ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan Noel Baron ilə telefon danışı...

ADY Qurban bayramı günlərində Qəbələyə əlavə reyslər təyin etdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.   Sfera.az bu barədə sə...

Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI/FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib.   Sfera.az "unikal.az"a ...

Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötü...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni DETALLAR - Bir gün əvvəl...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.   Sfera.az “Bakupost.az”a...