İkardi məşqə qatıldı: \"Trabzonspor\" matçında meydanda olacaq?

17:54 / 19.01.2024
9984
"Qalatasaray" "Trabzonspor" matçının hazırlıqlarını Okan Burukun rəhbərliyi altında məşqlə davam etdirib.
Sfera.az bildirir ki, məşqdə argentinalı hücumçu Mauro İkardi də iştirak edib.
Klub sabah saat 11:30-da edəcəyi məşqlə Trabzonspor matçının hazırlıqlarını tamamlayacaq.
Sarı-qırmızılıların məşqində argentinalı futbolçu Mauro İkardinin də iştirakı oyunçuların əhval-ruhiyyəsini qaldırıb.
Qeyd edək ki, bir müddət əvvəl zədələndiyinə görə İkardinin matçlarda iştirak etməyəcəyi bildirilmişdi.
Fatimə Lətif