"Ayaks"da 14 nömrəli forma verilməyən Henderson: "Oğlumun doğum tarixidir..."
İdman
17:35 / 19.01.2024
9365
"Əl-Ettifaq"la müqavilə bağladıqdan 6 ay sonra Səudiyyə Ərəbistanından ayrılmağa qərar verən Cordan Henderson yenidən Avropa futboluna qayıdıb.
Sfera.az bildirir ki, "Liverpul"un keçmiş yarımmüdafiəçisi Hollandiya nəhəngi "Ayaks"la 2,5 illik müqavilə imzalayıb.
Lakin Henderson "Ayaks"da sevimli 14 nömrəli formasını geyinə bilməyib. Buna səbəb "Ayaks"ın əfsanəvi futbolçusu Yohan Kroyffun şərəfinə artıq 14 nömrəli formanın başqa oyunçulara verilməməsi olub.
Nəticə etibarilə, yarımmüdafiəçi 6 nömrəli forma ilə kifayətlənməli olub.
Mövzu ilə bağlı açıqlama verən Henderson bildirib ki, bu başa düşüləndir:
“6 nömrə də mənim üçün yaxşıdır, bu, oğlumun doğum tarixidir. Həmçinin atam mən uşaq olanda 6 nömrəli forma geyinirdi”.
Fatimə Lətif