Qus Hidinqdən maraqlı müqayisə: "O, Messinin rus versiyasıdır" - FOTO

Qus Hidinqdən maraqlı müqayisə:

Rusiya millisinin sabiq baş məşqçisi Qus Hiddink "Zenit"in sabiq hücumçusu Andrey Arşavinlə Lionel Messini müqayisə edib.


Sfera.az bildirir ki, bu barədə RB Sport məlumat yayıb.


Məşqçi bildirib ki, Arşavin Messinin rus versiyasıdır:

 

“Əlbəttə, deyə bilərəm ki, Arşavin rusiyalı Messidir! Bu, mütləq və dəqiq müqayisədir. Onunla hər məşqdən və oyundan zövq alırdım. Andrey də Lionel kimi əsil və güclü şəxsiyyətdir!” 


Xatırladaq ki, Arşavin 21-ci əsrdə ilin ən yaxşı futbolçusu mükafatına – “Qızıl top”a namizəd olan yeganə rusiyalı oyunçudur. O, 2008-ci ildə yekun səsvermədə altıncı yeri tutub.


Qeyd edək ki, Hiddink dörd il (2006-2010-cu illər) Rusiya millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2008-ci ildə Avropa çempionatına vəsiqə qazanıb, burada yarımfinala yüksəlib və yarışda bürünc medal qazanıb. Hiddink 25 dekabr 2008-ci ildə "bədən tərbiyəsi və idman sahəsində xidmətlərinə görə" "Rusiyanın Əməkdar məşqçisi" adına layiq görülüb.

 

Fatimə Lətif

 


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...