"Əl-Hilal" əsas heyətindən çıxardı: Neymarın taleyi necə olacaq?  

""Əl-Hilal" klubu Neymar ilə müqaviləni ləğv etmək fikrində deyil".


Sfera.az bildirir ki, bu haqda məlumatı insayder Fabrizio Romano özünün “X” sosial şəbəkəsində paylaşıb.


Onun sözlərinə görə, Səudiyyə klubu 31 yaşlı oyunçunu yeniyetmə müdafiəçi Renan Lodiyə yer vermək üçün heyətdən kənarlaşdırıb.


Qeyd edək ki, Neymar 2023-cü ilin avqustunda PSJ-dən "Əl-Hilal"a keçib. Transfer məbləği 90 milyon avro olan futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


Transfermarkt onun oyunçu olaraq dəyərini 45 milyon avro kimi qiymətləndirir.


Bu mövsüm Neymar beş oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR