Moise Kin "Yuventus"la yolları ayırmaq istəyir
İdman
11:47 / 18.01.2024
3271
"Yuventus"un hücumçusu Moise Kin cari transfer pəncərəsində Turin klubunu tərk edə bilər.
Sfera.az bildirir ki, bu barədə məlumatı insayder Fabrizio Romano sosial şəbəkələrdə paylaşıb.
Onun sözlərinə görə, Kin bu qış klub qeydiyyatını dəyişmək istəyir.
"Yuventus" italiyan futbolçunu satmaq, ya da icarəyə vermək variantını nəzərdən keçirəcək.
Xatırladaq ki, Moise Kin 2023-cü ilin iyul ayından "Yuventus"un oyunçusudur. Onun İtaliya klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.
Transfermarkt internet portalı hücumçunun bazar dəyərini 18 milyon avro kimi qiymətləndirir. Bu mövsüm Kin A seriyasında 12 matçda iştirak edib. O, qol vura bilməyib.
Fatimə Lətif