Xərçəngə tutulduğunu açıqlayan trener “Liverpul”un baş məşqçisi olacaq - FOTO
13:40 / 16.01.2024
6013
İsveçli baş məşqçi Sven-Qoran Eriksson “Liverpul”dan təklif alıb.
Sfera.az “Fanatik”ə istinadən bildirir ki, 75 yaşlı məşqçi bu təklifi çoxdan gözlədiyini bildirib.
Eriksonun "Liverpul"un baş məşqçisi postuna "Ayaks"la matçdan öncə keçəcəyi gözlənilir.
Qeyd edək ki, Eriksson yaxın günlərdə xərçəng xəstəliyinə tutulduğunu ictimaiyyətə bildirib. Onun bu açıqlamasından sonra minlərlə "Liverpul" azərkeşi məşqçiyə dəstək mesajları göndərib.
Fatimə Lətif