"Antalyaspor"un israilli futbolçusu SAXLANILDI - SƏBƏB

"Antalyaspor" - "Trabzonspor" oyununda qol vurduqdan sonra Fələstinlə aparılan müharibənin 100-cü gününə işarə edən "100 days 07.10" yazısını kameralara göstərdiyinə görə heyətdən kənarlaşdırılan israilli futbolçu Saqiv Jehezkel saxlanılıb.

 

Sfera.az xəbər verir ki, israilli futbolçu Antalya Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində "ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək" iddiası ilə Antalya polisi tərəfindən nəzarət altına alınıb.

 

"Antalyaspor"un sədr müavini və mətbuat sözçüsü Evren Alkan klub hüquqşünaslarının Saqiv Jehezkelin müqaviləsini ləğv etmək üzərində çalışdıqlarını açıqlayıb.

 

Futbolçunun onlardan xəbərsiz formada belə bir hərəkət etdiyini bildirən Evren Alkan heyətdən kənarlaşdırılmaqla yanaşı, Jehezkelin müqaviləsinin də ən qısa zamanda ləğv ediləcəyini qeyd edib.

 

Klubdan verilən rəsmi açıqlamada belə qeyd olunub:

 

"Bu gün "Trabzonspor"la oynadığımız matçın 68-ci dəqiqəsində qol vurduqdan sonra biləyindəki yazını göstərərək ölkəmizin milli dəyərlərinə zidd hərəkət etdiyi görülən Sagiv Jehezkelin oyundan uzaqlaşdırılmasına qərar verilib. İdarə Heyətimiz çempionluq və ya kubokla nəticələnsə belə ölkəmizin həssaslığına qarşı davranışa heç vaxt icazə verməyəcək".

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR