"Beşiktaş"ın daha bir futbolçusu klubu MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB

"Beşiktaş"ın keçmiş futbolçusu Tayler Boyd klubu İdman Arbitraj Məhkəməsinə şikayət edib. 

 

Sfera.az “A spor”a istinadən xəbər verir ki, onun bu addımına səbəb klubun futbolçuya əməkhaqqını ödəməməsidir.

 

Amerikalı futbolçu məhkəməni qazansa, Beşiktaş ona 1,6 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, ötən həftələrdə "Beşiktaş"ın sabiq futbolçusu Viktor Ruis də klubu məhkəməyə verərək 2,3 milyon avrodan çox təzminat alıb.

 

Fatimə Lətifova


OXŞAR XƏBƏRLƏR