Qalatasaraydan ani QƏRAR: Onu yenidən heyətinə QATACAQ
İdman
11:43 / 12.01.2024
4954
Bu mövsüm yarımmüdafiədən istədiyi performansı ala bilməyən "Qalatasaray" ani qərar verib.
Sfera.az xəbər verir ki, sarı-qırmızılılar Genuyada çıxış edən Berkan Kutlunu yenidən komandaya çağırıb.
25 yaşlı yarımmüdafiəçi tezliklə Qalatasaray heyətinə qatılacaq.
Yeni məlumata görə artıq onunla müqavilə də bağlanıb.
Qeyd edək ki, mövsümün əvvəlində "Qalatasaray"da Çempionlar Liqasının seçmə mərhələsinə, hətta Superliqa matçlarına qatılan Berkan bir müddət sonra klubdan ayrılmaq qərarına gəlib.
Fatimə Lətifova