“Beşiktaş”ın yeni baş məşqçisi AÇIQLANDI

Kateqoriya məlum deyil
T
Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi açıqlanıb.
Sfera.az-ın məlumatına görə, “qara qartallar” portuqaliyalı məşhur məşqçi Fernando Santosla anlaşıb.
Bu barədə İstanbul təmsilçisi rəsmi məlumat yaysa da, müqavilənin detalları barədə xəbər verilməyib.
Qeyd edək ki, 69 yaşlı mütəxəssisin son iş yeri Polşa millisi olub.






