\"Qarabağ\"dan ayrılacaq futbolçuların adları BƏLLİ OLDU

\

Avropa Liqasının pley-offunda "Braqa" ilə qarşılaşmalı olan "Qarabağ"da bir sıra dəyişiklər olacaq.

 

Sfera.az "Offsideplus.az"a istinadən xəbər verir ki, "köhlən atlar" 2 oyunçu ilə yolları ayıracaq. Söhbət vinger Adama Diakabi və dayaq yarımmüdafiəçisi Nihad Quliyevdən gedir. Fransalıya təklif gələcəyi təqdirdə, müqaviləsinə xitam veriləcək. Ümumiyyətlə, məşqçilər heyəti Diakabinin performansından narazıdır. Məhz bu səbəbdən də 27 yaşlı futbolçu ilə yolların ayrılması haqda düşünülür.

 

Maraq üçün bildirək ki, Diakabi bu mövsüm "Qarabağ"ın heyətində 9 matçda meydana çıxıb. O, bu qarşılaşmalarda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

 

Nihad Quliyevin isə icarəyə verilməsi haqda düşünülür. Dayaq yarımmüdafiəçisi əsas heyətə düşə bilmir. Qurban Qurbanov futbolçunun inkişaf etməsini istəyir. Bu səbəbdən də onun qışda başqa komandaya icarəyə göndərilməsi məqsədəuyğun hesab edilir.

 

Qeyd edək ki, Nihad Quliyev bu mövsüm cəmi 3 matçda meydanda olub və heç nə ilə yadda qalmayıb.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...