Taekvondoçumuz Yay Olimpiya Oyunlarına vəsiqə qazandı

Taekvondoçumuz Yay Olimpiya Oyunlarına vəsiqə qazandı

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

 

Sfera.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan yığma üzvü bu uğura Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasında imza atıb. 

 

Yarışın təsnifat mərhələsinin qalibi olan Maqomedov bu dəfə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

 

Qaşım 1/4 finalda Qran-prinin son iranlı qalibini məğlub edərək yarımfinala yüksəlib. O, bu dəfə Bakıda dünya çempionatında uduzduğu çinliyə qalib gəlib. Taekvondoçumuz finalda son dünya çempionunu da məğlub edərək həm qızıl medala yiyələnib, həm də Olimpiadaya lisenziyaya sahib olub. 

 

Bu, yığmamızın Paris-2024 Yay Olimpiya Oyunlarına ilk vəsiqəsidir.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...