Türkiyə millisinin futbolçusuna şok! - Matç zamanı evi qarət edildi + FOTO

Türkiyə millisinin futbolçusuna şok! - Matç zamanı evi qarət edildi + FOTO

Türkiyə millisinin və Fransa "Lill"inin futbolçusu Yusuf Yazıcının evi qarət edilib.

 

BAKU.WS-in xəbərinə görə, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

 

Hadisə ötən gecə UEFA Avropa Konfrans Liqasında keçirilən "Lill" - "Klaksvik" matçı zamanı baş verib.

 

Yazıcı oyundan sonra evinin matç zamanı qarət edildiyini öyrənib.Türkiyə millisinin üzvünün dəbdəbəli saatlarının, paltarlarının və dəri əşyalarının oğurlandığı bildirilib.

 

Qeyd edək ki, qarşılaşmaya ilk 11-də başlayan Yazıcı 29-cu dəqiqədə penaltidən vurduğu qolla komandasını 1-0 önə keçirib. 26 yaşlı yarımmüdafiəçi 67-ci dəqiqədə əvəzlənib.

 

Xatırladaq ki, Yusuf Yazıcı 31 dekabr 2019-cu ildə də anoloji hal yaşayıb və onun evinə girən oğrular Yusufun avtomobilini və qiymətli əşyalarını oğurlayıblar.

 

Onu da bildirək ki, bu mövsüm "Lill"də bütün turnirlərdə 21 matça çıxan Yazıcı 7 qol və 1 məhsuldar ötürmə ilə komandasının bombardiridir.(baku.vs)


OXŞAR XƏBƏRLƏR