“Qarabağ”la oyun onun üçün son olacaq - FOTO

16:10 / 09.12.2023
10560
“Hekken”in baş məşqçisi Per-Matias Höqmo vəzifəsindən ayrılacağını təsdiqləyib.
Sfera.az xəbər verir ki, bu haqda İsveç klubunun saytında yayılan açıqlamada bildirilib.
Məlumatda bildirilib ki, 64 yaşlı norveçli mütəxəssis “Qarabağ”a qarşı Bakıda keçiriləcək Avroliqanın oyunundan (14 dekabr) sonra bu vəzifəni tərk edəcək.
Qeyd edək ki, o, 2021-ci ildən “Hekken”i çalışdırırdı. Onun karyerasını Yaponiya liqasında davam etdirəcəyi gözlənilir.