"Qarabağ"ın futbolçusu ölkə xaricində əməliyyat olunacaq
İdman
11:50 / 05.12.2023
5386
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə keçirilən oyunda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medina ölkə xaricində əməliyyat olunacaq.
Sfera.az xəbər verir ki, bu barədə "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib.
O, konkretləşmədiyi üçün həmin ölkənin adını açıqlamayıb: "İlkin müayinədən sonra Medinanın 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Amma dəqiq məlumat əməliyyatdan sonra bilinəcək".
Qeyd edək ki, kolumbiyalı müdafiəçi görüşün 75-ci dəqiqəsində əvəzlənib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hazırda "Qarabağ" 7 xalla ikinci pillədə yer alıb. Eyni xala malik Norveç təmsilçisi üçüncüdür.