"Qarabağ" pley-offa vəsiqə qazandı - YENİLƏNDİ

“Qarabağ” Avropa Liqasının 5-ci turu çərçivəsində “Molde”nin qonağı olacaq.

 

Sfera.az xəbər verir ki, Norveçdə keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

 

Bu qarşılaşma Azərbaycan klubu üçün həlledici ola bilər. Qurban Qurbanovun komandası qrupda “Molde” ilə eyni xala malikdir. Qrup lideri “Bayer”in növbəti mərhələyə adlamasından sonra ikincilik uğrunda bu iki komanda arasında mübarizə gedir. 

 

Azərbaycan təmsilçisi üçün səfərdən heç-heçə ilə dönmək də uğurlu nəticə sayıla bilər. Çünki “Qarabağ” son turda evdə qrupun autsayderi “Hekken”i qəbul edəcək. 

 

30 noyabr
UEFA Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur

 

00:00. “Molde” (Norveç) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika) 

***

Komandaların start heyətləri açıqlanıb:

 

“Molde”: 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper Öyvann, 6. martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 16. Emil Breyvik, 7. Maqnus Volf Eykrem (k), 9. Volon Berişa

 

Baş məşqçi: Erlinq Moe

 

“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 6. Julio Romao, 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo

 

Baş məşqçi: Qurban Qurbanov

 

***

 

 

Matç başladı.

 

***

 

“Qarabağ” hesabı açdı, Olaviyo Juninyo fərqləndi.

 

***

 

Fasilə.

 

***

 

İkinci hissə başladı.

 

***

 

82-ci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdir. Eriksen topu təmsilçimizin qapısından keçirir - 1:1.

 

***

 

87-ci dəqiqədə “Molde” hesabda önə keçir. Eriksen dubl edir. 

 

***

 

90+5-ci dəqiqədə “Qarabağ” hesabı bərabərləşdirir - 2:2. Bəhlul Mustafazadə Ağdam klubuna nəfəs verən qola imza atır.

 

***

 

 

 

***

 

Matç başa çatdı. “Qarabağ” Norveç səfərindən sərfəli heç-heçə ilə qayıdır - 2:2. Hazırda hər iki komandanın aktivində 7 xal var. Ağdamlılar şəxsi oyunlarda üstünlüyə görə Norveç təmsilçisini qabaqlayır. Qurban Qurbanovun komandası sonuncu turda “Hekken”i qəbul edəcək, “Molde” isə Leverkuzen “Bayer”i ilə üz-üzə gələcək.


OXŞAR XƏBƏRLƏR

İqtisadi Şurada dəyişikliklər müzakirə olunub

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən xəbər verilib.   İqtisadi Şuranın sədri, Ba...

MÜTDA-dan sosial şəbəkələrdə yayılan iddialara münasibət

Hazırda vakansiyalar yalnız həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələr üzrə təqdim olunur.   Sfera.az xəbər verir ki, bu barədə APA-ya Məktəb...

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 28 avqust tarixində İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik...

"Fərqanə Qasımova bu sözləri Nigara deməyib"

"Fərqanə Qasımova ilə bağlı bir çox yazılar yazıldı. Bu məsələyə qarışmaq istəmirəm. Hər ikisinə fərqli hömətim var. İkisi də bizim ifaçısımızdır". ...

31 rusdilli məktəbdə Azərbaycan dili necə tədris olunur? – Rəsmi AÇIQLAMA

"Şimal bölgəsinin 5 rayonunda - Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında tədrisi tam rus, eyni zamanda həm Azərbaycan, həm də rus dilində olan 3...

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.   Sfera.az xəbər verir ki, bu barədə Güntayın ...