Kadi "Qarabağ"a qayıdır? - DƏQİQLƏŞDİ

Kadi

Bu qış "Krasnodar"dan ayrılması gündəmdə olan Kadi Borgesin bir neçə təklifi var.

 

Sfera.az xəbər verir ki, onun "Qarabağ"a qayıtmayacağı dəqiqləşib.

 

Düzdür, ağdamlılar Rusiya təmsilçisinə satdıqları oyunçu ilə maraqlanıblar. Lakin Rusiya təmsilçisinin istədiyi məbləğ Azərbaycan klubunu bu plandan vaz keçməyə məcbur edib.

 

Belə ki, "Krasnodar" müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulan "sambaçı" üçün 7 milyon avro istəyir. Braziliyalının maaş tələbi də kifayət qədər yüksəkdir - illik 2 milyon avro. Sözügedən oyunçunun həm Birləşmiş Ərəb Əmirliklərindən, həm də Səudiyyə Ərəbistanından yetərincə cazibədar təklifləri var. Kadi hazırda bu iki ölkədən aldığı çağırışlar arasında seçim edir.

 

Qeyd edək ki, "trasnfermarkt" portalı Kadinin transfer qiymətini 3,5 milyon avro ilə dəyərləndirir.(Fanat.az)


OXŞAR XƏBƏRLƏR

MÜTDA-dan sosial şəbəkələrdə yayılan iddialara münasibət

Hazırda vakansiyalar yalnız həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələr üzrə təqdim olunur.   Sfera.az xəbər verir ki, bu barədə APA-ya Məktəb...

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 28 avqust tarixində İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik...

"Fərqanə Qasımova bu sözləri Nigara deməyib"

"Fərqanə Qasımova ilə bağlı bir çox yazılar yazıldı. Bu məsələyə qarışmaq istəmirəm. Hər ikisinə fərqli hömətim var. İkisi də bizim ifaçısımızdır". ...

31 rusdilli məktəbdə Azərbaycan dili necə tədris olunur? – Rəsmi AÇIQLAMA

"Şimal bölgəsinin 5 rayonunda - Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında tədrisi tam rus, eyni zamanda həm Azərbaycan, həm də rus dilində olan 3...

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.   Sfera.az xəbər verir ki, bu barədə Güntayın ...

"Azər Türk Bank" kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir

Dövlət bankı "Azər Türk Bank"a məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan fa...