İki güləşçimiz dünya çempionu OLDU - FOTO

İki güləşçimiz dünya çempionu OLDU - FOTO

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb.

 

Sfera.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu final görüşündə iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Azərbaycanın digər təmsilçisi – 65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu adını qazanıb.

 

Belə ki, Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq), İbrahim Yusubov (92 kq) qızıl, Elnurə Məmmədova (50 kq) gümüş, Nərgiz Səmədova (55 kq) bürünc medal qazanıb.


OXŞAR XƏBƏRLƏR