Madrid “Real”ı Mauro İkardini transfer etmək istəyir
Kateqoriya məlum deyil
T
Madrid “Real”ı zədəli forvardı Vinisius Juniorun əvəzinə “Qalatasaray”ın hücumçusu Mauro İkardini transfer etməyi düşünür.
Sfera.az sport-express.ru-ya istinadən xəbər verir ki, kral klubu argentinalı hücumçunu qış transfer pəncərəsində ala bilər və onun üçün 15 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, bu mövsüm 30 yaşlı İkardi “Qalatasaray”ın heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Argentinalının “Qalatasaray”la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.






