Premyer Liqadakı gülünc qərarın ətrafında baş verənlərin ANBAAN VİDEOSU

Premyer Liqadakı gülünc qərarın ətrafında baş verənlərin ANBAAN VİDEOSU

Premyer Liqanın 12-ci turunun "Səbail" - "Turan Tovuz" matçı kifayət qədər gərgin keçib.

 

Qarşılaşmada qapılara 3 qol vurulub.

 

Meydan sahiblərinin qələbə qazandığı görüşdə (2:1) hər iki tərəf də ortaya alqışa layiq mübarizə qoya biliblər.

 

Bir sözlə, izləyənləri bir dəqiqə olsun belə darıxdırmayan oyun keçib.

 

Lakin matçın hakimləri haqqında heç də xoş sözlər danışmaq mümkün deyil.

 

Baş hakim Kamranbəy Rəhimov bir neçə epizodda yanlış qərarları ilə yadda qalıb.

 

Onun ilk hissənin gedişində atdığı addım isə xüsusilə qeyd edilməlidir.

 

Hadisələr ilk hissənin 30-36-cı dəqiqələri arasında cərəyan edib.

 

Belə ki, meydan sahiblərinin qolkiperi Səlahət Ağayevin rəqib hücumun qarşısın cərimə meydançası həndəvərində əllə kəsib.

 

Referi Ağayevin cərimə meydançasının daxilində, yoxsa kənarında topa müdaxilə etməsini müəyyənləşdirmək üçün VAR-a baxmalı olub.

 

Bu əsnada hər iki tərəfin müxtəlif yollarla hakimə təzyiqi diqqətdən qaçmır.

 

Məsələn, meydan sahiblərinin çalışdırıcısı Şahin Diniyev israrla "içəridə, içəridə" - deməklə qərara təsir etməyə çalışırsa, onun həmkarı "hər şey açıq-aşkar görünür" deməklə kifayətlənir.

 

Uzun çək-çevirdən sonra təcrübəli qapıçının qaydanı pozduğu aydınlaşıb.

 

“Turan”ın lehinə cərimə zərbəsi təyin olunub.

 

Hər kəsi təəccübləndirən isə qayda pozuntusu olduğu qənaətinə gələn Rəhimovun Səlahət Ağayevə qırmızı vərəqə göstərməməsi olub.

 

O, çərçivə qoruyucusuna sarı vərəqə göstərməklə kifayətlənib.

 

Qonaqların baş məşqçisi Ayxan Abbasov hakimin gülünc qərarına elə gülməklə yadda qalıb.

 

Yalnız təcrübəli mütəxəssis yox, elə tribunada olanların əksəriyyəti eyni reaksiyanı verib.

 

Davamında hər iki məşqçinin qısa müzakirəsi də oldu.

 

SPORTİNFO.AZ

 


OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...