Məğlubiyyətdən sonra Luçesku istefa verərək, məşqçilik karyerasını başa vurdu

Məğlubiyyətdən sonra Luçesku istefa verərək, məşqçilik karyerasını başa vurdu

Əvvəlki klubuna məğlubiyyətdən sonra son illərdə Kiyev “Dinamo”suna rəhbərlik edən rumıniyalı mütəxəssis Mirça Luçesku istefa verib. O, məşqçilik karyerasını başa vurduğunu açıqlayıb.


Sfera.az bildirir ki, keçirilən mətbuat konfransında Mirça Luçesku hər matçın bir dəqiqəlik sükutla başladığı mühitdə işləməyin çətin olduğunu bildirib.



“Yaşlandıqca daha sentimentallaşırsan”-deyə keçmiş “Galatasaray” məşqçisi bildirib.



“Şaxtyor”un Kiyev komandasına minimal hesabla qalib gəldiyi matçdan sonra keçirilən mətbuat konfransında Luçesku görüşün nəticələrini ətraflı açıqlamayıb.


"Bu gün oyun haqda danışmaq istəməzdim. Demək istəyirəm ki, Ukrayna futboluna 15 ilimi verdim. Bununla da karyeramı başa vurmaq qərarına gəldim. Bu, sonuncu oyun idi. Futbolçularımla, "Şaxtyor"la vidalaşdım. Hər kəsə təşəkkür edirəm. Fərqli şəkildə bitirmək istərdim, amma hər şeyin bir sonu var. Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var” - Luçesku matçdan sonra bildirib.


Luçesku “Dinamo”nun gələcəyinə əmin olduğunu da qeyd edib. Onun sözlərinə görə, indiki zamanın öhdəsindən gəlmək çətin idi.
 

"Bütün bunlardan keçmək mənim üçün çox çətin idi - müharibə, azarkeşlərin olmaması, hər matçdan əvvəl bir dəqiqəlik sükut. Mənim üçün çətindir. İllər keçdikcə insan daha sentimental olur".
 

Xatırladaq ki, “Dinamo”nun sabiq məşqçisinin müqaviləsi gələn ilin yayında başa çatır. Tərəflər müqaviləni yeniləməmək qərarına gəliblər.
 

Komandaya əcnəbi mütəxəssisin rəhbərlik edəcəyi istisna edilmir.
 

Klub rəhbərliyinin 55 yaşlı portuqaliyalı Vitor Pereyra ilə danışıqlar apardığı bildirilir.
 

Amma klub rəhbərliyindən hələ ki, rəsmi açıqlama yoxdur.

2023-cü ilin sonunda Luçesku müalicə olunarkən baş məşqçi vəzifəsini onun köməkçisi Aleksandr Şovkovski icra edib.


Aynil

Sfera.az

 


 


OXŞAR XƏBƏRLƏR