Mehman Əzizov işdən çıxarıldı

Mehman Əzizov işdən çıxarıldı
Kateqoriya məlum deyil
T

Cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Mehman Əzizov işdən çıxarılıb.

 

Bu barədə “Qafqazinfo”ya o, özü məlumat verib. 

 

Mehman Əzizov ona səbəb bildirmədən işdən çıxarıldığını deyib:

 

“Gəlib dedilər ki, işdən azad olunursunuz. Səbəb isə bildirmədilər. Rəhbərliyin qərarı olduğunu açıqladılar”. 

 

“Sizin müqaviləniz yox idi?” sualına isə M.Əzizov belə cavab verib: 

 

“Müqaviləm var idi. Amma sözləşmədə qeyd olunub ki, federasiya rəhbərliyi istənilən vaxt işdən azad edə bilər, maaşları kəsə bilər. Müqaviləni imzalayanda oxumamışdım. Amma indi mənə o bəndlərin olduğunu göstərdilər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR