“Bayer”in kapitanı “Qarabağ”la oyun haqda - “Əyləncəli idi”

“Bayer”in kapitanı “Qarabağ”la oyun haqda - “Əyləncəli idi”
Kateqoriya məlum deyil
T

Almaniyanın “Bayer” klubunun kapitanı Robert Andrix Avropa Liqasının H qrupunun 3-cü turunda Leverkuzendə “Qarabağ” üzərində qazandıqları qələbəni (5:1) şərh edib.

 

Sfera.az xəbər verir ki, almaniyalı futbolçu oyunun asan keçmədiyini deyib:

 

“Əyləncəli idi. Sadə və anlaşılan şəkildə oynadığımız zaman şanslarımız olurdu. 5:1 hesabı yaxşı səslənir. İstədiyimiz üç xalı qazandıq. Amma daha bir-iki qol vura bilərdik”.

 

Qeyd edək ki, "Qarabağ" və "Bayer" arasındakı ikinci matç noyabrın 9-da Bakıda keçiriləcək.(qafqazinfo)

PAYLAŞ