“Azərbaycan deyir ki, oyunu bizdə keçirin, amma orada pul yoxdur”

İdman
17:53 / 14.10.2023
5150
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi Türkiyə Superkubokunun Azərbaycanda keçirilmək perspektivindən danışıb.
Sfera.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib:
“Azərbaycan deyir ki, Superkubok oyununu bizdə keçirin, amma orada pul yoxdur. Səudiyyə Ərəbistanı təxminən 120 milyon dollar ödəməklə dünya ulduzlarını ölkəsinə köçürür. Superkubokun Səudiyyə Ərəbistanında təşkili türk futbolunun imici üçün faydalı olacaq. Danışıqlarımız davam edir”.