"Zirə" yoxlama oyununda "Sumqayıt"a uduzub

"Zirə" yoxlama oyununda "Sumqayıt"a uduzub
Kateqoriya məlum deyil
T

"Zirə" və "Sumqayıt" komandaları milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə yoxlama oyunu keçiriblər.

 

Sfera.az xəbər verir ki, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutub.

 

Görüş "Sumqayıt"ın qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 75-ci dəqiqədə penaltidən Kamran Quliyev vurub.

 

Qeyd edək ki, "Zirə" 9 turdan sonra 19 xalla liderdir. Rəqibindən bir oyun az keçirən "Sumqayıt" 11 xalla yeddinci pillədə qərarlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR