Estoniya – Azərbaycan oyununun hakimləri AÇIQLANDI

Estoniya – Azərbaycan oyununun hakimləri AÇIQLANDI
Kateqoriya məlum deyil
T

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.

 

Sfera.az xəbər verir ki, UEFA Tallində baş tutacaq qarşılaşmanı Almaniyadan olan hakimlər briqadasına həvalə edib.

 

Matçı Robert Şröder idarə edəcək. Ona Kristian Gittelmann və Robert Vessel kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Florian Badstübner yerinə yetirəcək.

 

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR