FİFA Avropa və Asiya futbol assosiasiyalarını bir ARAYA GƏTİRDİ

FİFA Avropa və Asiya futbol assosiasiyalarını bir ARAYA GƏTİRDİ

Hazırda FİFA-nın əsas məqsədi bütün dünyada futbol standartlarını yüksəltməkdir.

 

Bunun üçün qurumun müxtəlif regionlardakı üzv assosiasiyaları arasında təcrübə mübadiləsinin və əməkdaşlığın səviyyəsi günbəgün artırılır. 

 

Sfera.az FİFA-nın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Asiyada futbolun daha sürətli inkişafı üçün oktyabrın əvvəllərində Özbəkistanın paytaxtı Daşkənddə ilk dəfə olaraq FİFA Avropa və Mərkəzi Asiya ölkələrinin futbol qurumları üçün seminar təşkil edib.  

 

Seminarda Avropaya üzv assosiasiyaların nümayəndələri Mərkəzi Asiyadan olan həmkarları ilə futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar. Əvvəlcə “FIFA Forward” inkişaf proqramının dəstəyi ilə həyata keçirilən işlərin təqdimatı olub. 

 

Tədbirdə çıxış edən FİFA-nın Avropa Üzv Assosiasiyalarının Avropa üzrə regional direktoru Elxan Məmmədov bu cür görüşlərin keçirilməsinin önəmindən söz açıb:

 

“Bu, Asiya və Avropanın futbolun inkişafının müxtəlif aspektlərini və futbol federasiyalarının inkişafını müzakirə etmək üçün bir araya gəldiyi ilk seminardır. Təbii ki, FİFA nəinki Asiyada, hətta Avropada, Afrikada və digər qitələrdə belə tədbirləri getdikcə daha çox keçirməyə çalışacaq. Bu cür seminarlar ümumilikdə futbolun inkişafı və idarə olunması ilə bağlı əlavə bilik və təcrübə əldə etmək imkanı verir. 

 

Seminar üçün seçilmiş mövzulara elit klub yarışlarının davamlılığı, infrastruktura investisiyalar, qadın futbolunun inkişafı, beynəlxalq turnirlərə ev sahibliyi və effektiv maliyyə nəzarəti kimi məsələlər daxildir”. 

 

Qeyd edək ki, seminarın keçirilməsi FİFA prezidenti Canni İnfantinonun 2023-cü ilin mayında Mərkəzi Asiyaya səfərindən sonra qərarlaşdırılıb. Seminarda UEFA-ya üzv olan Azərbaycan, Avstriya, Çexiya, Macarıstan, Portuqaliya, Türkiyə və Qazaxıstanla yanaşı, Mərkəzi Asiya Futbol Assosiasiyası (CAFA) regionundan olan altı üzv assosiasiya - Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, İran və Əfqanıstan da iştirak edib.  


OXŞAR XƏBƏRLƏR

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynba dövlət başçısı Volodimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında...