Çempionlar Liqasında tarixi rekordlar qeydə alınıb - STATİSTİKA

Çempionlar Liqasında tarixi rekordlar qeydə alınıb - STATİSTİKA

UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin II turuna yekun vurulub.

 

Sfera.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən gün E, F, G və H qrupunda keçirilən oyunlardan sonra maraqlı statistik göstəriciləri açıqlayıb.

 

Baş tutan qarşılaşmalar bəzi tarixi rekordlarla yadda qalıb.

 

- Fransa klubu PSJ-ni üstələyən İngiltərə təmsilçisi “Nyukasl” (4:1) Çempionlar Liqasında ən böyükhesablı qələbəsini qazanıb. Bu həm də parislilərin 2004-cü ildən bəri qrupdakı ən böyükhesablı yenilgisidir. Fransızlar həmin vaxt İngiltərənin “Çelsi” klubuna 0:3 hesabı ilə uduzmuşdular. PSJ ÇL-də sonuncu dəfə 2017-ci ildə 4 və daha çox qol buraxıb. Komanda 2016/2017 mövsümünün 1/8 final mərhələsində İspaniya “Barselona”sına 1:6 hesabı ilə məğlub olmuşdu.

 

- PSJ-nin baş məşqçisi Luis Enrike son 3 səfər matçının hamısında komandasının 3 və daha çox qol buraxmasına üzülüb. Onun rəhbərliyi altında 2017-ci ildə “Barselona” rəqib meydanında PSJ-yə 0:4, İtaliyanın “Yuventus” komandasına isə 0:3 hesabı ilə yenilib.

 

- İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Fil Foden ÇL-in ardıcıl 6 fərqli mövsümündə qol vurmağı bacarıb. İndiyə qədər cəmi 9 ingilis oyunçu bunu bacarıb. Ancaq heç biri bu göstəriciyə gənc yaşda nail olmayıb.

 

- Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə qolsuz bərabərə qalan İtaliya “Milan”ı I turda da eyni nəticə ilə yadda qalmışdı. “Rossonyerlər” turnirin ilk iki matçında qolsuz heç-heçə edən 4-cü komanda olub. Ona qədər 1993/1994 mövsümündə “Qalatasaray” (Türkiyə), 2002/2003-də AEK (Yunanıstan), 2005/2006-da isə “Vilyarreal”ın (İspaniya) ilk iki matçında qol qeydə alınmayıb.

 

- “Milan” ÇL-də ardıcıl 4 oyundur qol vurmur. Bu, onların turnir tarixində ən uzun qolsuzluq seriyasıdır.

 

- İspaniyanın “Atletiko” klubu doğma meydanda Niderland təmsilçisi “Feyenoord” önündə 1:2 hesabı ilə geri düşsə də, sonda 3:2-lik qələbə qazanıb. Madridlilər ikinci dəfə bu şəkildə geridönüş etməyi bacarıb. İlk dəfə 2020-ci ildə “Zaltsburq”la (Avstriya) matç eyni ssenari ilə keçib.

 

- “Feyenoord”la qarşılaşmada “Atletiko”nun hücumçusu Alvaro Morata dubla imza ataraq, ÇL-də ümumi qol sayını 25-ə çatdırıb. O, 1955-ci ildən bəri baş tutan turnir tarixində 25 qol həddini keçən 4-cü ispaniyalıdır. Daha əvvəl Raul Qonsales (71 qol), Fernando Moryentes (39), Pako Gento (31) bunu bacarıblar.

 

- Tarixdə ilk dəfə 4 yaponiyalı futbolçu Çempionlar Liqasının bir oyununda start heyətində meydana çıxıb. “Seltik” (Şotlandiya) – “Latsio” (İtaliya) qarşılaşmasında meydan sahiblərinin heyətində Reo Hatate, Hyun-Yun Yan və Kyoqo Furuhaşi, qonaqlarda isə Daiçi Kamada ilk dəqiqələrdən mübarizə aparıblar.

 

- II turun 8 oyununda ilk qolu buraxan komanda sonda qalib gəlib. Turnir tarixində ilk dəfə bir mərhələdə bu qədər geridönüş olub.


OXŞAR XƏBƏRLƏR

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynba dövlət başçısı Volodimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında...