AFFA rəsmisi "Olimpiakos"un oyununa təyinat aldı
Kateqoriya məlum deyil
T
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan növbəti təyinat alıb.
Sfera.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Serbiyada yerli “Baçka Topola” və Yunanıstanın "Olimpiakos" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 5-də "TSC Arena"da gerçəkləşəcək.






