“Qarabağ” “Qəbələ”yə qalib gəldi
Kateqoriya məlum deyil
Bu gün Misli Premyer Liqasında IX tura yekun vurulacaq.
Sfera.az xəbər verir ki, turun mərkəzi matçında “Qəbələ” “Qarabağ”ı qəbul edib.
Oyunun taleyini bir qol həll edib.
Filip Ozobiçin 58-ci dəqiqədə vurduğu qol Ağdam təmsilçisinə minimal hesablı qələbə qazandırıb - 1:0.
Son oyun isə “Sabah”la “Kəpəz” arasında baş tutacaq.
Daha öncə “Zirə” “Şamaxı”ya, “Səbail” “Sumqayıt”a eyni hesabla (1:0) qalib gəlib. “Neftçi”nin “Turan Tovuz”la ev oyununda isə qapılara qol vurulmayıb.






