Şahrudinin debüt oyununda direktor futbolçunu döymək istədi - FOTO

Şahrudinin debüt oyununda direktor futbolçunu döymək istədi - FOTO

Xəbər verdiyimiz kimi Türkiyə Superliqasının 6-cı turunda "Kasımpaşa" - "Adana Demirspor"u qəbul edib.

 

Sfera.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin formasını geyindiyi oyunun fasiləsində gərginlik yaşanıb. İlk hissədə iki qırmızı vərəqədən sonra "Adana Demirspor"un nümayəndələri qəzəblənib. Fasilə zamanı futbolçular soyunub-geyinmə otağına gedərkən klubun futbol direktoru Gökhan Göktürk böyük qəzəblə futbolçu Kevin Rodrigesə doğru addımlayıb. Hər kəsi təəccübləndirən reaksiyadan sonra futbolçular araya girərək Göktürkü sakitləşdirməyə çalışıblar.

 

Qeyd edək ki, ilk hissədə Kevin Rodriges də olmaqla "Adana Demirspor"un iki futbolçusu qırmızı vərəq alıb. Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev 23-cü dəqiqədə meydana daxil olub. Millinin qapıçısı ilk qolu cərimə zərbəsindən, ikinci qolu isə penaltidən buraxıb. Oyun meydan sahiblərinin 2-1 qələbəsi ilə başa çatıb.(Metbuat.az)

 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...