“Qarabağ”ın legioneri: “Bayer 04”dən çəkinmirik”

“Qarabağ”ın legioneri: “Bayer 04”dən çəkinmirik”

“Bayer 04” nəhəng klubdur, lakin biz onlardan çəkinmirik”.

 

Sfera.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Julio Romao “tntsports.com.br” saytına açıqlamasında Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

 

Braziliyalı yarımmüdafiəçi Almaniyanın “Bayer 04” klubunun yer aldıqları H qrupunun favoriti olduğunu etiraf edib. Lakin o, Bundesliqa təmsilçisi ilə matçlara da qələbə əzmi ilə çıxacaqlarını söyləyib: “Rəqib güclü olsa da, 3 xal qazanmağa, öz oyunumuzu göstərməyə çalışacağıq. Buna nail olacaq səviyyədə komandamız var. Avropa Liqası xüsusi yarışdır və hər bir futbolçu bu turnirin oyunlarında meydanda olmaq istəyir”.

 

Ağdam klubunun legioneri qrup mərhələsinin ilk turunda Norveç klubu “Molde”ni 1:0 hesabı ilə məğlub etdikləri görüşə də münasibət bildirib: “Qələbə ilə başlamaq həmişə önəmlidir. Bu, şübhəsiz ki, gələcəkdə bizə kömək edəcək. Eyni diqqətlə yolumuza davam etməliyik”.

 

Qeyd edək ki, “Qarabağ” II turda İsveç klubu “Hakken”lə qarşılaşacaq. Azərbaycan çempionu oktyabrın 5-dəki görüşü səfərdə keçirəcək.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...