Qılıncoynadanımız beynəlxalq turnirdə birinci oldu

Qılıncoynadanımız beynəlxalq turnirdə birinci oldu

Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan millisinin lideri Anna Başta Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən "Satellite" turnirində qızıl medal qazanıb.

 

Sfera.az-ın məlumatına görə, qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Anna Başta yarmfinala gedən yolda Bolqarıstan təmsilçiləri Kristina Milankova (15:7) və Emma Neikovanı (15:9) mübarizədən kənarlaşdırıb.

 

Başta yarımfinalda bu mərhələyə kimi irəliləyən digər təmsilçimiz Palina Kaspiaroviçə 15:11 hesabı ilə qalib gəlib. Qadın sablyaçmız həlledici görüşdə bolqar qılıncoynadan Yoana İlievanı 15:13 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

 

Turnirin yarmfinalında çıxışını başa vuran Palina Kaspiaroviç isə bürünc medal qazanıb. Qrup mərhələsini uğurla (5 qələbə) başa vuran Palina yarımfinala kimi bolqar və ən güclü 8-liyə yüksəlməyi bacaran sablyaçımız Zərifə Hüseynovaya qalib gəlib.

 

Digər təmsilçilərimizdən Səbinə Kərimova da ən güclü 8-liyə yüksəlməyi bacarsa da, yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Yoana İlievaya 12:15 hesabı ilə uduzub. Bu mərhələyə kimi irəliləyən Valeriya Bolşakova isə ən güclü dördlüyə yüksəlmək uğrunda keçirilən görüşdə Bolqarıstan sablyaçısı Olqa Hramovaya (6:15) məğlub olub. Hramova ən güclü 16-lıqda təmsilçimiz Sevil Bünyatovaya 15:9 hesabı ilə qalib gəlib.

 

 


OXŞAR XƏBƏRLƏR

Ukrayna macar casusları aşkara çıxardı - İllərdir pusquda...

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkə tarixində ilk dəfə olaraq Macarıstan hərbi kəşfiyyatçılarını ifşa edib.    Sfera.az bu barədə “RB...

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...

Prezident və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. ...