\"Qarabağ\" dünyaca məşhur şirkətin sponsor təklifini QƏBUL ETMƏDİ

\

Türkiyənin dünya markalı brendlərindən olan “Türk Hava Yolları” şirkəti “Qarabağ” komandasının sponsoru olmaq istəyib.

 

Sfera.az-ın xəbərə görə, bununla əlaqədar tərəflər arasında danışıqlar da olub.

 

THY Avropa kuboklarının matçları zamanı Ağdam klubunun titul sponsoru olmaqla bağlı təklif irəli sürüb. THY həmin matçlarda “Qarabağ”ın forması üzərində “Türk Hava Yolları”nın adının yazılmasını, əvəzində “Qarabağ”a 4-5 milyon manat ödəməyi təklif edib. Lakin Ağdam klubu bununla razılaşmayıb.

 

Səbəb isə “Qarabağ”ın baş sponsoru “Azərsun” Holdinqlə bağlıdır. Məlumdur ki, “Azərsun” 20 ildən artıq “Qarabağ”a sponsorluq edir və komandanın forması üzərində də bu şirkətin adı yazılır.

 

“Türkiyə Hava Yolları”nın təklif etdiyi məbləğ isə “Azərsun”un “Qarabağ”a ayırdığı hazırkı illik büdcədən bir neçə dəfə az olduğundan bu təklif təbii olaraq, qəbul edilməyib.

 

Qeyd edək ki, THY bir neçə il Azərbaycanda “Neftçi”nin sponsoru olub. Həmin əməkdaşlıq bu il başa çatıb. (qol.az)


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...