Avropada günün maraqlı futbol qarşılaşmaları - AFİŞA

Avropada günün maraqlı futbol qarşılaşmaları - AFİŞA
Kateqoriya məlum deyil
T

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.

 

Sfera.az xəbər verir ki, İngiltərə Premyer Liqasında beş turdan sonra maksimum xalla lider olan son çempion “Mançester Siti” “Nottinqem Forest”i qəbul edəcək. Şəhərin digər təmsilçisi “Mançester Yunayted” isə səfərdə autsayderlərdən “Bernli” ilə üz-üzə gələcək.

 

Almaniya Bundesliqasında son çempion “Bavariya” öz meydanında “Bohum”u sınağa çəkəcək. “Borussiya Dortmund” isə evdə “Volfsburq”la üz-üzə gələcək.

 

İtaliya A Seriyasında ötən tur “İnter”ə uduzan “Milan” azarkeşləri qarşısında “Verona”nın müqavimətini qırmağa çalışacaq. Mövsümə yaxşı start verən “Yuventus” isə dörd matçda cəmi üç xal toplamağı bacarmış “Sassuolo”nun qonağı olacaq.

 

İspaniya La Liqasında ötən mövsümün qalibi “Barselona” evdə “Selta”nı sınağa çəkəcək. Türkiyə Super Liqasında son çempion “Qalatasaray” səfərdə “Başakşehir”lə üz-üzə gələcək.

 

Avropada günün maraqlı futbol oyunları

 

23 sentyabr

 

İngiltərə Premyer Liqası

 

18:00. “Mançester Siti” - “Nottinqem Forest”

 

23:00. “Bernli” - “Mançester Yunayted”

 

Almaniya Bundesliqası

 

17:30. “Bavariya” - “Bohum”

 

17:30. “Borussiya Dortmund” - “Volfsburq”

 

İtaliya A Seriyası

 

17:00. “Milan” - “Verona”

 

20:00. “Sassuolo” - “Yuventus”

 

İspaniya La Liqası

 

20:30. “Barselona” - “Selta”

 

Türkiyə Super Liqası

 

21:00. “Başakşehir” - “Qalatasaray”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR