Vitali Borisov: “Qarşılaşmada daha çox qol vura bilərdik”

Vitali Borisov: “Qarşılaşmada daha çox qol vura bilərdik”
Kateqoriya məlum deyil
T

“Bu görüşdə daha çox qol vura bilərdik. Oyunçuların motivasiyası yüksək idi. Qarşılaşma bizim üçün yaxşı keçdi”.

 

Sfera.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Niderlanda 6:1 hesabı ilə qalib gəldikləri Dünya Çempionatı-2024-ün elit mərhələsinin matçından sonra mətbuat konfransında deyib.

 

V.Borisov Rumıniyaya uduzduqları matçdan sonra komandanı hazırlamağın çətin olduğunu vurğulayıb:

 

“Həmin oyunda da üstün idik. Sadəcə, öz səhvlərimizə görə qapımızda qollar gördük”.

 

Baş məşqçi İsa Atayevin heyətdən kənarlaşdırılması barədə qısa danışıb:

 

“Bu, məşqçilər korpusunun qərarıdır. Atayev bu dəfə dincəlməli idi. Başqa heç nə baş verməyib”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR