Logo

"Kəpəz" böyük hesabla uduzdu, "Neftçi" "Araz"a qarşı

"Kəpəz" böyük hesabla uduzdu, "Neftçi" "Araz"a qarşı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir matçı keçirilib.

Sfera.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Səbail"i qəbul edib.

Gəncədə keçirilən qarşılaşma "Səbail"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran qonaqlar müvəqqəti olsa da, ikinci pilləyə yüksəlib. "Kəpəz" isə 4 xalla 9-cu sıradadır.

Hazırda isə "Araz Naxçıvan" "Neftçi"ni qəbul edir.

Qeyd edək ki, turun ilk matçında "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları sentyabrın 17-də baş tutacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR