Logo

Ulduz futbolçu Şahruddinin komanda yoldaşı oldu

Ulduz futbolçu Şahruddinin komanda yoldaşı oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliya millisinin sabiq üzvü Mario Balotellinin yeni klubu müəyyənləşib.

Sfera.az xəbər verir ki, 33 yaşlı hücumçu yenidən Türkiyənin “Adana Demirspor” klubuna keçib. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son klubu İsveçrə “Sion”u olan forvardla 1+1 illik müqavilə imzalanıb. 2021/2022 mövsümündə də bu klubda çıxış edən futbolçu Adana təmsilçisinə azad agent kimi qoşulub.

Xatırladaq ki, milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev bir neçə gün əvvəl “Qarabağ”dan “Adana Demirspor”a keçib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR