“Qarabağ” MDB klublarının reytinq cədvəlinə başçılıq edir

“Qarabağ” MDB klublarının reytinq cədvəlinə başçılıq edir

“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində MDB məkanı klublarının siyahısına başçılıq edir.

 

Sfera.az xəbər verir ki, dünyada 64-cü, Avropada isə 40-cı pillədə qərarlaşan Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malikdir.

 

Qurban Qurbanovun yetirmələrinin hesabında 144,5 xal var. Ağdam təmsilçisini Ukrayna “Şaxtyor”u (Donetsk) izləyir. Adıçəkilən komanda dünya reytinqində 78-ci, Avropa sıralamasında isə 48-ci yerdədir. İlk “üçlüy”ü Ukraynanın digər təmsilçisi “Dnepr-1” (dünyada 105-ci, Avropada 65-ci) qapayır.

 

MDB məkanında Azərbaycanın reytinqdəki digər komandalarından “Sabah” 14-cü, “Neftçi” isə 16-cı pillədə yer alır.

 

MDB klublarının ilk “10-luğ”u:
1 (dünyada 64-cü). “Qarabağ” (Azərbaycan) – 144,5 xal
2 (78). “Şaxtyor” (Donetsk, Ukrayna) – 135,5
3 (105). “Dnepr-1” (Ukrayna) - 117,25
4 (108). “Şerif” (Moldova) - 115,5
5 (127). “Jalgiris” (Litva) – 106
6 (137). “Pünik” (Ermənistan) – 102,5
7 (170). RFS (Latviya) – 90
8 (204). “Urartu” (Ermənistan) – 80
9 (120). “Dinamo” (Kiyev, Ukrayna) – 79,5
10 (221). “Riqa” (Latviya) – 77

 

Avropa reytinqində “Qarabağ” 40-cı pilləyə yüksəlibsə, “Sabah” 173-cü, “Neftçi” isə 188-ci sırada özünə yer tapıb.

 

Türkiyə klublarından yalnız “Fənərbağça” “Qarabağ”dan öndədir. Hesabında 199,5 xal olan İstanbul nəhəngi 3 addım geriləyərək, 16-cı pilləyə düşüb. Türkiyənin ən yaxşı göstəriciyə malik ikinci komandası “Qalatasaray” ilk “100-lüy”ə daxil olmağı bacarıb. “Cim-Bom” (125,5 xal) hazırda 94-cüdür.


OXŞAR XƏBƏRLƏR

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...