Logo

Tanınmış legioner "Qarabağ"dan ayrılır? - AÇIQLAMA

Tanınmış legioner "Qarabağ"dan ayrılır? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb. Azərbaycan çempionu 25 futbolçunun adını UEFA-ya təqdim edib.

Sfera.az xəbər verir ki, yalnız hücumçu Adama Diakabinin adı heyətə salınmayıb. Klubun direktoru Əmrah Çəlikəl bununla bağlı açıqlama verib. O, fransalı hücumçunun hazırda düşərgəni tərk etmədiyini bildirib:

"UEFA-ya göndərdiyimiz "A" listində yerimiz dolub. Odur ki, kimisə siyahıdan çıxarmalı idik. Qurban Qurbanovun məsləhəti ilə Diakabini ora daxil etmədik. Amma fransalı legioner hələ heç yerə getməyib, buradadır".

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində, “Bayer 04” (Almaniya), “Hakken” (İsveç) və “Molde” (Norveç) ilə mübarizə aparacaq.(sportinfo.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR