Azərbaycanın 2 cüdoçusu Avropa üçüncüsü oldu
Kateqoriya məlum deyil
Azərbaycanın iki cüdoçusu Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.
Sfera.az-ın məlumatına görə, Vüsal Qələndərzadə və Ömər Rəcəbli bürünc mükafata yiyələniblər.
V.Qələndərzadə 73 kq, Ö.Rəcəbli isə 81 kq çəki dərəcəsində buna nail olublar.






