Logo

Premyer Liqa: “Turan Tovuz” səfərdə “Sabah”ı məğlub edib

Premyer Liqa: “Turan Tovuz” səfərdə “Sabah”ı məğlub edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Premyer Liqasında V tura start verilib.

Sfera.az xəbər verir ki, açılış matçında “Sabah” “Turan Tovuz”u qəbul edib.

Görüş meydan sahiblərinin gözlənilməz məğlubiyyəti ilə başa çatıb - 0:3. Hesabı 19-cu dəqiqədə dəqiq baş zərbəsi ilə Roderik Miller açıb. 56-cı dəqiqədə Şəhriyar Əliyev fərqi artırıb. O da başla fərqlənib. 79-cu dəqiqədə isə Belajdi Pusi gözəl qolla matçda son nöqtəni qoyub.

Bu qələbədən sonra “Turan Tovuz” doqquz xalla üçüncü pilləyə yüksəlib. “Sabah” isə dörd xalla altıncıdır.

Qeyd edək ki, turun digər matçları sentyabrın 2-də və 3-də keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR