Logo

Səudiyyə Ərəbistanı klubları avrokuboklarda yarışacaqlar? - UEFA-dan açıqlama

Səudiyyə Ərəbistanı klubları avrokuboklarda yarışacaqlar? - UEFA-dan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferin Səudiyyə Ərəbistanı klublarının avrokuboklarda iştirak edəcəyi ilə bağlı iddialara cavab verib.

Sloveniyalı funksioner bunun mümkün olmadığını söyləyib.

“Səudiyyə Ərəbistanı klublarının avrokuboklara qatılacağı məsələsini bir media qurumu bizdən soruşmadan yayımladı. Çempionlar, Avropa və ya Konfrans Liqalarına yalnız Avropa klubları qatıla bilərlər”, - deyə A.Çeferin bildirib.

Qeyd edək ki, daha öncə Səudiyyə Ərəbistanı klublarının 2025-ci ildən avrokuboklarda yarışacağına dair xəbərlər yayılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR