Logo

“Qarabağ”ın rəqibi futbolçusu ilə yollarını ayırdığını AÇIQLADI

“Qarabağ”ın rəqibi futbolçusu ilə yollarını ayırdığını AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sloveniya çempionu “Olimpiya” UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu ərəfəsində futbolçusu Svit Seşlarla yollarını ayırdığını açıqlayıb.

Sfera.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 21 yaşlı yarımmüdafiəçinin Türkiyənin “Eyüpspor” komandasına keçidi rəsmiləşib.

“Qarabağ”a qarşı Lyublyanada gerçəkləşən ilk matçda 72 dəqiqə oynayan Sloveniyanın gənclər millisinin üzvünün transferi “Olimpiya”ya 2,5 milyon avro qazandırıb. Keçidi ilə bağlı təəssüratlarını bölüşən gənc futbolçu baş məşqçi Arda Turanın rəhbərliyi altında növbəti mövsüm Superliqada çıxış edəcəklərinə inandığını söyləyib.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Sloveniyada reallaşan ilk qarşılaşmada Azərbaycan çempionu 2:0 hesablı qələbə qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR