Azərbaycan cüdo üzrə Dünya çempionatında birinci oldu

Azərbaycan cüdo üzrə Dünya çempionatında birinci oldu

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo üzrə milli yığma komandası 23-26 avqust tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Dünya çempionatının fərdi yarışlarında tarixi nəticə əldə edərək 2 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 8 medal qazanıb.

 

Sfera.az xəbər verir ki, fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında Yaponiya, Gürcüstan, Özbəkistan, Fransa, Serbiya, İtaliya, Qazaxıstan və Braziliya kimi ölkələri geridə qoyaraq 1-ci yeri tutub. Bu, Azərbaycan yığmasının indiyə qədər iştirak etdiyi bütün Dünya çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir.

 

Cüdoçularımız çempionatda oğlanlar arasında 7 çəki dərəcəsində təmsil olunublar və 6 çəki dərəcəsində turniri müxtəlif əyarlı medalla başa vurublar ki, bu da komandamız üçün özünəməxsus rekorddur.

 

Çempionatın ilk günündə cüdoçularımız yüksək performans nümayiş etdirərək 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə etdilər. Oğlanlar arasında -50 kq. çəki dərəcəsində cüdoçularımız Nihad Məmişov qızıl medal, Məhəmməd Məmişov gümüş medal qazanıb. -55 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Mirxaliq İskəndərov çempionatın bürünc medalına sahib olub.

 

Yarışın ikinci günü qızlar arasında -52 kq. çəkidə mübarizə aparan Xədicə Qədəşova gərgin final görüşündə Fransa təmsilçisi Alisya Pulancı məğlub edərək Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub.

 

Oğlanlar arasında -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Əbil Yusubov komandamızın aktivinə gümüş medallar yazdırıblar.

 

Yarışın üçüncü günündə -73 kq. çəkidə mübarizə aparan cüdoçumuz Süleyman Şükürov yarışın bürünc medalına sahib olub.

 

Fərdi yarışların sonuncu günündə isə +90 kq. çəki dərəcəsində Ramazan Əhmədov çempionatın bürünc medalını qazanıb.


OXŞAR XƏBƏRLƏR

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...